Bu gün:


Nura: Bu, nə adətdir insanların yatağını müzakirə etmək?

Tarix: 16.01.2021 / 16:07  •   Oxundu: 102 dəfə  •  

" Bu səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə xoş söz deyəndə şübhələnirik.
Görəsən, bu adam niyə mənə qarşı belədi? Bəlkə yaltaqlıq edir ki, sonra nəsə istəsin və fikirlər gəlir ağlımıza. Niyə belə olmuşuq biz?

Niyə kiməsə tənqid və təhqir demək qəhrəmanlıq kimi qələmə verilir? "Filankəs sözü üzünə dedi" elə deyirlər ki, elə bil nəsə bir qəhrəmanlıq edib. Kiminsə ayıbını demək qeybətdir.

Bu, nə adətdir insanların yatağını müzakirə etmək? Hardan yaranıb bu əxlaqsızlıq? Başqasının yatağını müzakirə etmək əxlaqsızlıqdır. Sizə nə axı kim öz yatağında öz bədəni ilə nə edir? Niyə bu sizi narahat etməlidir ki?

İnsanlara qiymət vermək haqqını hardan almısınız? Məni ancaq cəmiyyətə zərər verən məsələlər narahat edir. Kim öz həyatını necə yaşayır mənə dəxli yoxdur. İstəyir lap küçənin ortasında dombalaq aşsın.

Bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.
O, bildirib ki,bu gün onu daha çox sıxan bəzi insanların hərəkətləridir:
Kiminsə haqqını tapdalayan, rüşvət alan (verən), öz vəzifəsindən sui-istifadə edən və s. kimi hallar narahat edir məni. Kim necə geyinib, nə danışıb, kiminlə yatıb, kiminlə ayrılıb lazımsız məlumatdır axı. Nəyimə lazım.

Məni başqa suallar narahat edir. İnsanlar niyə hələ də canlılara əziyyət verir? Niyə dərisindən paltar, ətindən yemək hazırlayır"
Qeyd edək ki, Nura mütəmadi olaraq sosial şəbəkə hesabında dünyada və ölkədə baş verən bəzi məsələlərə münasibət bildirir.