Bu gün:


Mərkəzi Bankın hazırkı binası söküləcək?

Tarix: 17.01.2021 / 13:13  •   Oxundu: 120 dəfə  •  

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Mərkəzi Bankın yeni inzibati binası tikildikdən sonra könə binanın sökülüb-sökülməyəcəyidir. Bəzi iddialara görə, yeni inzibati binadan sonra Rəşid Behbudov küçəsində yerləşən hazırkı bina söküləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Mərkəzi Bankın hazırkı binasının söküntüsü planlaşdırılmır:

"Mərkəzi Bankın yeni inzibati binasının tikintisi planlaşdırılır. Hazırki binanın söküntüsü ilə bağlı Komitəyə müraciət edilməyib".