"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Tarix: 23.01.2021 / 08:51 •
Oxundu: 93 dəfə •
“Mehriban xanım Əliyeva muğamımız üçün elə bir iş görüb ki, bunu deməklə bitməz. Ona görə də hər zaman onunla fəxr edirik. Muğamımız bütün dünyanı gəzir, çox inkişaf edib, kulminasiya nöqtəsindədir. Cənab prezidentimiz də bizim üçün elə bir gün-güzəran yaradıb ki, onunla qocalar da, cavanlar da fəxr edir. Hələ hər şey qarşıdadır, Azərbaycanın işğaldan azad edilmiş bölgələri daha da gözəl və abad olacaq”
Bunu Xalq artisti Əlibaba Məmmədov deyib. Ustad sənətkar daha sonra tələbələrindən danışıb.
“100-dən çox tələbəm var, bəlkə də daha çoxdur, sayını itirmişəm. Mahnılarım da həmçinin. Mənim dərsimdə gəlib oturub, məndən nəsə öyrənənlər də tələbələrim sayılır. Hamısını Allah saxlasın, onlar da bu gün bizim muğamımıza xidmət edir. Hər zaman dərs keçəndə çalışmışam ki, uşaqlara bu sənətin incəliklərini öyrədim. Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər. Bizdən sonra onlardır da” deyə xanəndə bildirib.
Xanəndə ən böyük arzusunu da dilə gətirib.
“Mənim 90-dan çox yaşım var, nə arzum ola bilər ki? Bu gün varıq, sabah yox. Ən böyük arzum odur ki, millətim, xalqım yaxşı olsun və yaxşı yaşasın. İnanın Allaha, mən yatanda da bunu arzulayıram. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz. Həmişə çalışmışam ki, xalqın sevgisini qazanım. Əgər buna nail ola bilmişəmsə mən çox xoşbəxtəm” deyə Əlibaba Məmmədov deyib.