İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir
Tarix: 24.01.2021 / 12:31 •
Oxundu: 155 dəfə •
Bu gün İranın xarici işlər naziri Məhəmməd cavad Zərifin Azərbaycana səfəri başlayır.
Nazirin Azərbaycan səfərinin yanvarın 24-25-də davam edəcəyi gözlənilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri saytımıza açıqlamasında Cavad Zərifin Azərbaycana nə zaman eniş edəcəyi haqqında dəqiq informasiya olmadığını söyləyib:
“Səfirin yola düşməsi, burada nə zaman qarşılanacağı haqqında hələlik dəqiq informasiya yoxdur. Qarşılanma mərasimi hər zaman olduğu kimi mətbuatda işıqlandırılacaq”.
Xatırladaqki, İranın Azərbaycandakı Səfirliyinin məlumatına görə, İran XİN rəhbəri səfər zamanı Baş nazirin müavini, iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.
İran vəAzərbaycan arasında aşağıdakı vacib mövzuların müzakirə ediləcyi planlaşdırılıb:
1) İki ölkənin iki tərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq
2) İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanıb) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı
3) İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı
4) Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı.
Onu da qeyd edək ki, İran İslam Respublikası Xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.