Bu gün:


Navalninin həyat yoldaşı: ''Burada olduğunuza görə şadam''

Tarix: 25.01.2021 / 10:30  •   Oxundu: 123 dəfə  •  

Navalninin həyat yoldaşı Yuliya Navalnaya, nümayişçilər arasında olarkən çəkdirdiyi fotonu sosial media hesabında paylaşıb.
Yuliya Navalnaya paylaşdığı fotoya "Hamınızın burada olması çox xoşdur. Təşəkkür edirəm" deyə şərh yazıb. Amma bir neçə dəqiqə sonra Y.Navalnaya nəzarətə götürülərək bu dəfə polis maşınında olduğunu əks etdirən bir foto paylaşıb.

Qeyd edək ki, Aleksey Navalninin əsas müttəfiqlərindən biri olduğu bildirilən Lyubov Sobol, etirazlar başladıqdan az sonra həbs olunub. Sobol qanunsuz etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır.

Polis maşınında sosial şəbəkə hesabında paylaşdığı mesajla etirazçılara müraciət edən Sobol, "Susma! Qorxma. Hazırda Rusiyada baş verənlərə gözlərini yummaq olmaz" deyib.