Bu gün:


V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı

Tarix: 27.01.2021 / 12:41  •   Oxundu: 107 dəfə  •  

"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".

Bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:
"Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdılar”.