Bu gün:


Cennifer Lopez gözəlliyinin sirri

Tarix: 27.01.2021 / 19:40  •   Oxundu: 132 dəfə  •  

Dünya şöhrətli müğənni, 51 yaşlı Cennifer Lopez daim gözəl görünüşüylə diqqət mərkəzindədir. Bir çoxları onun botoks və digər estetik prosedurlardan yararlanaraq təravətini qoruduğunu hesab etsə də, ulduz bunların heç birini etmədiyini bildirib.

Bu barədə o, "People" nəşrinə müsahibəsində danışıb:
"Heç kəsi qınamıram. Botoks etdirib iynə vurdurmaq istəyirsinizsə, bu əladır! Lakin kiminsə mənim də bunu etdiyimi, insanları bunun yaradığına inandırmağa çalışdığımı düşünməsini istəmirəm. Bu deyilənləri etsəydim, etiraf edərdim. Xahiş edirəm, mənə yalançı deməyin. Mən səmimi olaraq öz həyatım haqqında danışıram.

Sizə nəyin işə yaradığını deyirəm! Gözəlliyimin sirri insanlara qarşı xeyirxah yanaşmaq və qadınlara dəstək olmaqdadır. Hesab edirəm ki, başqalarını incidib alçaltmaq əvəzinə, bir-birimiz üçün yaxşı bir şey etmək çox vacibdir".