Bayden, pərdə arxasından da olsa, Qarabağ məsələsində Türkiyəyə dəstək verəcək...”
Tarix: 28.01.2021 / 12:48 •
Oxundu: 203 dəfə •
“Baydenlə Ərdoğan dostdurlar. O, vitse-prezident olanda xəstə yatan Ərdoğanı ziyarət edib, maraqlı görüşləri olub...”
“ABŞ-ın dövlət maraqları mövcud geo-siyasi durumda Türkiyə və Azərbaycanın yanında olmasını diqtə edir...”
Dövlətlərin dostu olmur, maraqları olur. Doğrudur, ABŞ-da ermənilərin güclü təsir imkanları mövcuddur. Bayden komandasında da ermənipərəstlər var. Ancaq önəmli vəzifələrdə yəhudi kökənli insanlardır. Hətta bu günlərdə Pakistan mənşəli dairə prokuroru da təyin olunub. Həmçinin, Bayden Ağ Evdə 3 türk qadına da vəzifə verib. Azərbaycan gücü çatdığı qədər belə adamlardan istifadə etməlidir...”
Bu fikirləri hakimiyyətə yenicə gəlmiş Cozef Bayden administrasiyasının Azərbaycana münasibətinin necə olacağı, Ağ Evin Qarabağa status məsələsində ciddi təkid edib-etməyəcəyi barədə sualları cavablandıran İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Bundan başqa, nəzərə almaq lazımdır ki, Bayden və Ərdoğan şəxsi dostdurlar. Bayden vitse-prezident olanda İstanbulda Ərdoğanı ziyarət edib; həmin vaxt Ərdoğan xəstə olsa da, maraqlı görüş olub. Düşünürəm ki, Bayden, pərdə arxasından da olsa, Türkiyəyə Qarabağ məsələsi ilə bağlı dəstək verəcək. 44-günlük Vətən müharibəsində Türkiyənin arxasında ABŞ vardı, belə də davam edəcək...” – deyə T.Qasımlı vurğulayıb.
“Bəzi məlumatlara görə, erməni lobbisi ABŞ-ın yeni təyin olunmuş Dövlət katibi Entoni Blinkeni ermənipərəst kimi təqdim etməyə çalışır. Bu haqda nə düşünürsüz?” sualını isə beynəlxalq analitik qısa cavablandırıb.
“Düşünürəm ki, yeni Dövlət katibi öncə ABŞ-ın milli maraqlarını qoruyacaq. Çünki onun ermənipərəst olması belə, ABŞ-ın dövlət maraqlarından üstün deyil. Həmin maraqlar isə mövcud geo-siyasi durumda Amerikanın Türkiyə və Azərbaycanın yanında olmasını diqtə edir...”