Bu gün:


100-dən çox məşuqəsi olan məmur edam ediləcək

Tarix: 29.01.2021 / 17:21  •   Oxundu: 107 dəfə  •  

Çinin “China Huarong” dövlət şirkətinin səhmlərin idarə edilməsi şöbəsinin keçmiş şöbə müdiri edam olunacaq.

O, rüşvətxorluq, dövlət əmlakını talama və çoxarvadlılığa görə edam olunacaq.

Lay Syaomin 3,9 milyon dollardan çox vəsaiti xərcləyib və 280 milyon dollardan çox rüşvət alıb və eyni zamanda bir neçə qadınla evli olub.

İstintaq dövlət məmurunun eyni zamanda 100-dən çox məşuqəsinin olduğunu və onların hər birini ayrı evdə saxladığını müəyyən edib.