Bu gün:


Daha bir gəmi qaçırıldı

Tarix: 31.01.2021 / 10:48  •   Oxundu: 100 dəfə  •  

Qvineya körfəzi sahillərində dəniz quldurları bu dəfə ABŞ bayrağı altında üzən yük gəmisinə hücum edib.
Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, gəmi Kanar adalarından Nigeryanın Laqos şəhəri istiqamətində hərəkətdə olarkən hücuma məruz qalıb və daha sonra radardan yox çıxıb.
Qeyd edək ki, ekipaj üzvlərinin taleyi haqqında isə hələlik məlumat yoxdur.