Bu gün:


Füzuli hava limanının tikintisi davam edir

Tarix: 01.02.2021 / 12:25  •   Oxundu: 119 dəfə  •  

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində təməli qoyulan Beynəlxalq Hava Limanının tikinti işləri artıq başlayıb.

Hazırda hava limanının tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub.