Bu gün:


NAZİM İDEAL: Cinayətə və cinayətkarlara nifrət edirəm!

Tarix: 03.02.2021 / 14:24  •   Oxundu: 421 dəfə  •  

Ramiz Mehdiyevin korporativ maraqlarına qarson xidməti göstərən marginal orqanlar barədə heç bir anti-tezis hazırlamadan Hacı Məmmədovdan Akif Çovdarova qədər Xalqımıza qarşı törədilmiş ataloqsuz vaqe əsrlər boyu yaddaşlardan silinməyəcək.

Xüsusilə Qalinanın atvyorka elmlər üzrə akademik ərinin sifarişilə ARCM-nin 148 ("İfadə və Söz azadlığı") maddəsilə 06 ay girov götürüldükdən sonra, böyük zonda masazır kəndində pencəyimin sağ cibinə şər atmış rəzil bir orqanın narkotika ilə mübarizə barəsində danışması mif-mifologiyadan başqa heç nəyi ifadə etmir!

Çörəkləri yalan və yaltaqlıqdan çıxan rejimin sarvat oyuncaqlarının "narkotika" ilə mübarizə adlı şousuna yalnız anti-təkamül dövrü "yaşayan" debil naxırı inana bilər.

Əgər bu ölkədə narkotikanın kökünü kəsmək barədə düşüncə və qəti qərar olarsa anındaca həllini tapar. Narkomanlara, narkobaronlara, narkomafiyaya nifrət edirəm və onların bu yolla qazandıqları pulla, bədənini satan QıF-r arasında heç bir fərq görmürəm və bu belədir.

Ölkədə narkotika ilə aparılan "qızğın mübarizə" sayəsində ən çox inkişaf etmiş sahələrdən birincisi Paytaxtın mərkəzində yerləşən orta məktəblər və fəxri adlı şortu-biznes təmsilçiləri hələlik liderlik edir...
Narkotika satışından fantastik pul qazanılan obyektlərdən 1-2-11 saylı pritonları (c.ç.m) göstərə bilərəm.
Mənə nəql edilənləri, olunan müraciətləri nəzərə almıram.

Yalançı xromosomdan əmələ gəlib, haram çörəklə yekəlib, rüşvətlə kökəlib, Ləyaqətli-düz söz qarşısında haldan-hala qalan narkomafiya özündən başqa heç kəsi aldada bilməz.
Artıq bu ölkədə öz adını başqasına çamurlamağın limiti tükənib.

Girovluqda olarkən heç bir zonun rəisi Məni zona buraxmaq istəmirdi. Səbəb tragikomik idi.
Məhkumlara kömək edəssən, birdakıları görüb susmayassan, bizimlə mübarizə aparassan, bizdən yazassan....və.s...

11 saylı obyektin bazarkomu imişlidən olan şirinov vəlinin sahəsində qanundankənar hər şey satılır.
Narkotika, alkoqollu içki, mobil telefon, trans alverinə kimi...
11-də olanda bununla bağlı bütün HMO-na geniş şəkildə müraciət etdim ki, Bakıın 7-ci mikrorayon ərazisində həyata keçirilən soyqırıma "stop" verin.
HMO toplum şəklində gəlib topa pulunu şəllənib getdi.
Trans alverçisi polkovnik Vəli korrupsioner xəstələri yola saldıqdan sonra, Mənimlə görüşüb təmannasız Mənə yaratdığı şəraitdən, hörmət-izzətdən, bu ölkədə heç bir məmurun dövlətə xidmət etmədiyindən bəhs etdikdən sonra, sakit olmağımı xahiş etsə də rədd cavabı aldı və 21 sentyabr 2018-ci il tarixdə Məni səbəbsiz olaraq narkomafiyanın direktivləri üzrə karsa, ordan da 15 saylı zona yatap etdirdi.

15 saylı obyektin narkobaronları əslən Cəbrayıl rayonundan olan Tahir Yusifov və böyrüncə gəzdirdiyi Bərdəli mayor Eldəniz Həziyev adlı bir gəda idi.( Hazırda hər iki şərəfsiz 2 saylı c.ç.m -də özfəaliyyətlərini davam etdirməkdədirlər.)

Tahir karantində Mənimlə görüşdü və nəyə görə 11-dən yatab edildiyimi nəql etdi.
Əlavə etdi ki, bütün zonlar 11-in günündədir. Və Məni zona buraxmadı. 25 sentyabr 2018-ci il tarixdən, 09 fevral 2019-cu il tarixədək karsda saxlanıldım.
Mənə görə heç bir kameralara kitab-dəftər-qələm yasaq edilsədə, erməni diversant arsen baqdasariyana və edqar sarkisyana rəssam fırçasına kimi özü alıb gətirirdi.
Karsdam olduğum 130 gün ərzində karsa gəlib gedənlərin demək olar ki, əksəriyyəti bariqalar idi və bu adamların günahları narkotika satışında rəis tahirə atmaqları göstərilirdi.

Yoxa çıxmış narkotika pulları qaytarılmadıqda, həbsxana ("krıtı") ilə mükafatlandırılırdı. Lakin məhkəməyə təqdimatında bir qayda olaraq "rejim qaydalarını pozma " kimi sənədləşdirilirdi.
09.02.2019 - 09.08.2019-cu il dövrdə həbsxana rejimində qaldım və müddət bitdikdən sonra 1 saylı zona göndərildim.
Buranın rəisi Şamaxıdan olan şəhər uşağı kayfulla həsənov emin ədalət oğludur.
Milli-siyasi kimliyini bilmək istəyən varsa damarındakı qanı yoxlasın!
Bu adam kitabxananı belə ləğv edib parnoqrafik filmlər satır.
Hər üç zonda monitorinq keçirilərsə aşkar sübut olunar ki, 98 faiz məhkum narkotika aludəçisidir və bunların böyük əksəriyyəti məhz zonda qurşanıb.

Gürcüstan dövlətinin qurucusu Mixeil Saakaşvilidən soruşulur ki, necə oldu ki, korrupsiyanın- rüşvətxorluğun kökünü kəsdiniz?!
Cavabı lokanik olur: Çün ki, özüm almadım.
Hazırda Millətə mill-mənəvi dəyər-əxlaq "dərsi" verənlərin böyük əksəriyyətinin övladları məhz narkomanlardır və bir hissəsidə dəlixanada müalicə olunmaqdadırlar!