“Paşinyan Xarici İşlər nazirinın Moskvada Türkiyəyə qarşı çıxışından hiddətlənib...”
Tarix: 04.02.2021 / 09:10 •
Oxundu: 89 dəfə •
“Ermənistanın Xarici İşlər naziri vəzifəsinə 18 noyabrda təyin edilmiş Ara Ayvazyanın hələ vəzifəsini icra etməsinin 100 günü tamam olmayıb. Lakin artıq ondan narazı olduqları, vəzifəsindən uzaqlaşdırmaq istədikləri və ya özünün istefa etmək istədiyi barədə şayiələr yayılıb. Ancaq bunun səbəbləri barədə heç nə deyilmir”.
Bu fikirlər erməni nəşrlərində dərc olunub.
“Xarici İşlər Nazirliyindəki məlumatlı bir mənbənin verdiyi məlumata görə, baş nazir ilə xarici işlər naziri arasındakı fikir ayrılığı ötən il Ayvazyan Lavrovla görüşmək üçün 6 dekabrda işgüzar səfərlə Moskvaya getməsindən başlayıb. 7 dekabrda Ayvazyan və Lavrov ortaq mətbuat konfransında açıqlamalar verib və jurnalistlərin suallarını cavablandırıblar”.
Ermənistan nəşrinin yazdıqlarından bəlli olur ki, Nikol Paşinyan Ayvazyanın Moskvadakı çıxışında Türkiyəni 1915-ci il qondarma “erməni soyqırımı” ilə bağlı günahlandırması haqda sözlərini bəyənməyib. Guya İrəvana qayıdandan sonra baş nazir Ayvazyanla çox kəskin söhbət edib və Türkiyə haqqında söylədiklərinə sərt münasibət bildirib.