Bu gün:


Fransa vətəndaşları sərhədimizi pozub ermənilərə yardım gətirdi...

Tarix: 05.02.2021 / 09:37  •   Oxundu: 219 dəfə  •  

“Tufengyan” erməni xeyriyyə(?) fondunun Fransadakı “Merye” adlanan bölməsinin üzvləri dünən fevralın 4-də  Azərbaycanın Laçın rayonundakı dövlət sərhədini pozaraq Xocavənd rayonuna gəlib.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Fransa erməniləri Xocavənd rayonunun “Maçkalaşen” adlandırılmış Cütçü kəndindəki soydaşlarına yardım gətiriblər.

Azərbaycan sərhədini pozan Fransa vətəndaşları arasında Lion şəhərinin keçmiş meri Geork Kerpenekyan da var.
Cütcü kəndi dağətəyi ərazidədir. Keçmışdə kəndin ərazisi azərbaycanlı əhali üçün binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər Çar Rusiyası tərəfindən burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırılıb.