Bu gün:


"YAŞAT" yeni doğulan şəhid övladları üçün 5000 manatın ayrılmasına aydınlıq gətirdi

Tarix: 05.02.2021 / 18:18  •   Oxundu: 145 dəfə  •  

"YAŞAT" Fondu 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladlarına dəstək məqsədilə 5 000 manat vəsaitin köçürüləcəyi hesab açacaq.
Bu sözləri "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, bundan başqa, layihə çərçivəsində şəhidlərimizin yeni doğulmuş və doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1 000 AZN birdəfəlik yardım köçürülür:
"Şəhid övladlarının adına bankda hesab açılacaq. 5 000 manatlıq vəsait yatırılacaq hesab 16 yaşdan sonra həmin uşaq tərəfindən istifadə oluna bilər. Qanunvericilikdə müəyyən olunan müvafiq tələblərə əsasən, bəzi istisna hallarda ananın həmin vəsaitdən istifadəsinə (uşaq üçün - red.) icazə hüququ tanınır".