Bu gün:


QARABAĞ QAZİSİ PREZİDENTDƏN 10 000 MANAT RÜŞVƏT İSTƏDİ

Tarix: 29.10.2020 / 12:00  •   Oxundu: 208 dəfə  •  

QARABAĞ QAZİSİ PREZİDENTDƏN 10 000 MANAT RÜŞVƏT İSTƏDİ

 

Bu cür yaşamaqdansa, şərəfli ölüm yaxşıdır! 

         Tovuz şəhəri, Sarıtala kənd sakini, hazırda  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qəmlo Ayamalı - Rəhimov Qabil Əli oğlu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və “İdeal” Media Qrupuna müraciət ünvanlamışdı. Həmin müraciəti qısa ixtisarlarla diqqətinizə çatdırırıq:

         “Dövlətçilik ideallarının, milli-mənəvi dəyərlərin, insan və vətəndaş, hüquq və əsas azadlıqlarının heç sayıldığı, alver predmetinə çevrildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı xarabazarından (cəzaçəkmə müəssisəsi) salamlayıram Sizi.  

Yazdıqlarımın nə qədər təhlükəli olduğunu əvvəlcədən anlayıram və hansı cəza ilə üzləşəcəyimi də əvvəlcədən gözaltına almışam. Biləsiniz ki, bu məkanda ən böyük cinayət real faktları söyləmək və Sizə müraciət etməkdir. 

Təkcə son aylar rəis müavini Talış-Muğan Respublikasının lideri, Əlikram Hümbətovun sələfi, Azərbaycan Beynəlxalq Universamının (“Universitetinin”) rektoru, testdənkənar məzunu, Çingiz Hadıyevin döyərək öldürdüyü, alçatdığı, söydüyü məhkumların sayı yüzdən çoxdur. Son günlər baş vermiş cinayətlər seriyasında: 1. Şəhid övladı Elvin Oruclunu; 2. Anar Cəbrayılovu; 3. Bəhruz Həsənovu; 4. Bəxtiyar Qayıbovu, 5. Rəşad Əliyevi; 6. Fuad Əsgərovu və s. göstərmək olar.  Sizə və digər müvafiq qurumlara olan müraciət təkcə məhkumlara deyil, ailələrinə də bumeranq yaşatmaqdadılr.

Bu məkanda kitabxana adlanan yer pornoqrafik filmlərin studiyasına çevrilmişdir.

Allahın evi adlanan məsciddə çeşid-çeşid narkotik alveril edilir.

Asudə vaxtını səmərəli keçirmək üçün məhkum üçün ayrılmış məkan kafe-restoran kimi araq satışı ilə məşğuldur.

1000 nəfərdən artıq məhkumlar üçün nəzərdə tutulmuş mətbəxin ümumi sahəsi 20 kv.m təşkil edir. Bütün ərazilər 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Emin Həsənovun şəxsi obyektlərinə çevrilmişdir.

Ərazidə bir dənə də olsun belə ağac yoxdur. Bütün ağaclar, kölgəliklər kəsilərək təndir-kabab adlanan obyektinə məsrəf edilir.

15 ədəd stasionar telefon xətti 1 ayda  telefonçular - ədliyyə giziri Nahid Hacıyevin və Famil Mustafayevin iddiasına görə 35 000 manat xeyir gətirir.

Leqal ailəli məhkumlar qanuni görüş üçün tələb olunan 200 manat rüşvəti ödəyə bilmədikləri üçün illərdir öz ailəsinin və övladlarının üzünə həsrət qaldığı halda, narkpbaronlar və digər xalqa və dövlətə xəyanət etmiş burjular qanundankənar görüşdüyü qadınların hər saatı üçün 100 manat başlıq verirlər. 

Zona yenicə daxil olmuş məhkumun kimliyindən asılı olmayaraq torpaqbasdının ilkin qiyməti 500-5000 manat arası dəyişir. Bu missiyanın icraçılığı əməliyyat şöbəsinin rəisi mayor Vüqar Qasımova həvalə edilmişdir. 

Pandemiya dövründə imkanlı şəxslər istədiyi vaxt, istədiyi qədər, istədiyi şəxslə görüşmək haqqı rüşvətlə tanınır. 

10 ildir ki, cəza çəkirəm. Cəzamın bitməsinə 1 il qalmışdlr. Eyni zamanda ¾ adlanan vaxtı da bitirmişəm. Müəssisə rəisi Emin Həsənov və onun tərbiyəsiz işlər üzrə müavini polkovnik-leytenent Elşad Quliyev bu 1 il üçün məndən 10 000 manat rüşvət tələb edirlər. Rüşvətin çox olduğunu onların diqqətinə çatdırarkən cavab olaraq bildirilir ki, səbəbi Prezidentin 03 aprel 2019-cu il tarixli “Sərəncam”ı (məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi) ilə bağlıdır. Rəis Emin Həsənov iddia edir ki, əvvəllər təkcə Nizami rayon Məhkəməsinə pul verirdiksə, indi 2 ünvana pul çatdırmağa məhkumuq. Biri, Bakı şəhər Nizami rayon Məhkəməsi, ikincisi, “Sərəncam”dan irəli gələn Monitorinq Komissiyasına verilməli olan rüşvətdir.

Ailədə bir kimsə işləmir. Özüm dövlətdən cəmi 80 manat müavinət alıram. Evə yeganə pul gətirən özüm olsam da, hazırda məhbəs həyatı yaşayıram. 

10 000 manatın 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənova verilməsi üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Söz verirəm ki, azadlıqdan çıxdıqdan sonra həmin pulu qaytaracağam”.

 

 

Mövzu diqqətimizdədir

 

Kamal