Bu gün:


Şəhid Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi

Tarix: 06.02.2021 / 16:30  •   Oxundu: 178 dəfə  •  

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.
Vətən müharibəsində şəhid olan Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib.

Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb.
Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.