Bu gün:


"Türkiyə dünyanın aparıcı iqtisadiyyatlarının onluğuna daxil olacaq"

Tarix: 07.02.2021 / 08:47  •   Oxundu: 130 dəfə  •  

Türkiyə bu gün dünyada reallaşdırılan meqalayihələrin yarıdan çoxunu təkbaşına həyata keçirir.Bunu Prezident Rəcəb Tayyib Ərdoğan cümə axşamı Malatya əyalətində Toxma körpüsünün açılış mərasiminin iştirakçılarına videokonfrans rejimində müraciət edərkən deyib.
 
Dövlət başçısı qeyd edib ki, Türkiyə uzun müddət inkişaf sahəsində qarşıya ambisiyalı hədəflər qoymayıb ki, bu da ölkəni durğunluğa və yoxsulluğa gətirib çıxarıb.
 
Onun sözlərinə görə, Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib.
 
"AKP-nin 18 illik hakimiyyəti dövründə Türkiyə bütün sahələrdə əhəmiyyətli nəticələr əldə edib. Bu, xalqın hakimiyyətin siyasətinə fəal dəstəyinin və töhfəsinin nəticəsidir", - deyə Türkiyə lideri bildirib.
 
Prezident vurğulayıb ki, Türkiyə hökuməti əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyil və yeni iri investisiyalar, layihələr planlaşdırırlar ki, bu da ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı sırasına çıxaracaq.
 
"Müasir Türkiyə iqtisadiyyatı yüksək texnologiyalara əsaslanan ölkədir və burada süni intellektin inkişafına üstünlük verilir. Bugünkü Türkiyə bəşəriyyətin yeni gələcəyinin formalaşmasına öz töhfəsini verir", - deyə Prezident bildirib.
 
Ərdoğan vurğulayıb ki, Türkiyənin əleyhdarları ölkənin inkişafı yolunu əngəlləmək üçün istənilən rıçaqlardan istifadə edirlər: "Ankaraya qarşı mümkün olan bütün üsullardan istifadə edilir: o cümlədən, ölkə daxilindəki təxribatçılardan və terror təşkilatlarından. Ölkəmizin inkişafına və mövqeyinin möhkəmlənməsinə, qlobal dövlətə çevrilməsinə mane olanlar, ilk növbədə, Türkiyədə həyata keçirilən layihələri hədəf götürüblər".