Bu gün:


Daşkəsəndə həbslər davam edəcək

Tarix: 07.02.2021 / 10:48  •   Oxundu: 142 dəfə  •  

Daşkəsəndə korrupsiya əməliyyatlarının kökünün sabiq icra başçılarına qədər uzanacağı məlum olub.
Artıq sabiq icra başçılarının rəhbərliyi altında dövlət qurumlarında külli miqdarda mənimsəmə faktları üzə çıxıb.
Bildirilib ki, fevralın 5-də Daşkəsəndə korrupsiya əleyhinə keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin həbsi ilə bir çox korrupsiya halları aşkar olunub.

Qeyd edək ki, fevralın 5-də Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Rasim Məhəmməd oğlu Allahverdiyev və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.