“Sərxoş Anna Paşinyana “üçmərtəbəli” söyüş yağdırdı...”
Tarix: 08.02.2021 / 15:51 •
Oxundu: 182 dəfə •
Rusiyada yaşayan erməni jurnalist və iş adamı Aram Qabrelyanov Ermənistan baş nazirinin arvadının Qarabağdakı hərbi əməliyyatların aktiv mərhələsində milli təhlükəsizlik xidmətinin rəhbəri Argişti Kərəmyanın və 30 MTX zabitinin müşayiəti ilə Xankəndinə gəldiyi zaman baş vermiş macəralarından danışıb..
“Paşinyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinə qoyduğu əsas vəzifə baş nazirin həyat yoldaşı və oğlunun təhlükəsizliyini təmin etmək olub. Rollar aşağıdakı şəkildə paylanıb - Anna Akopyanın şəxsi mühafizəsinə əlavə olaraq, necə deyərlər, ətrafındakı xarici perimetri tam təchiz olunmuş daha on xüsusi təyinatlı qoruyub. Qarabağ xüsusi təyinatlıları belə, MTX zabitlərinin necə təchiz olunduğuna və hansı silahla gəldiklərinə təəccübləndilər. Eyni məlumata görə, daha 10 nəfər Paşinyanın oğlunu qoruyub...”- erməni jurnalist belə yazır.
Bundan sonra A.Qabrelyanov Anna Akopyanın macəralarından danışıb.
“Qalmaqal general Movses Akopyanın sərt bir şəkildə Paşinyanın arvadından son dərəcə gizli hərbi əməliyyatın müzakirə olunduğu bunkeri tərk etməsini tələb etməsi ilə başlayıb. Bundan əvvəl bir neçə dəfə Anna Akopyan camaat qarşısında generalları söyərək onlara qoşunlara rəhbərlik etməyi “öyrətməyə” çalışıb. Movses Akopyan dözə bilməyib və qadından qərargahdan çıxmasını çox sərt şəkildə tələb edib. Bunu eşidib özündən daha çox çıxan Annanı mühafizəçiləri sakitləşdirməyə çalışıb...
Bununla belə, möhkəm içərək sərxoş olmuş qadın Paşinyana zəng edərək onun da dərsini verib. Mühafizəçilərin dediyinə görə, Anna Akopyanın otağından “üçmərtəbəli” söyüş sədaları gəlib. Arvadı Paşinyanı təhqir edib, alçaldıb və deyib ki, sən necə kişisən, hansısa bir küçük arvadını rüsvay edir. Paşinyan isə arvadı ilə danışdıqdan beş dəqiqə sonra Kərəmyana zəng edərək Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbərindən general M. Akopyanın tutulmasını və qandallı şəkildə İrəvana gətirilməsini tələb edib.
Tələb onun qandallı şəkildə polis “qoduqluğu”nda gətirilməsi olub. Kərəmyan “baş üstə” deyərək “Artsax” “prezidenti”nin yanına gedib. Qorxmuş Araik Arutyunyan iki generalı məsləhətləşməyə dəvət edib. Generallar heç kimin belə bir əmri yerinə yetirməyəcəyini, əksinə, Kərəmyan və bütün mühafizəçilərinin həbs ediləcəyini söyləyiblər. Arutyunyan Paşinyanın əmrini yerinə yetirməkdən imtina edib və bunu Kərəmyana söyləyib. Kərəmyan titrək bir səslə Paşinyana bildirib ki, general Akopyanın həbsi əmrinin yerinə yetirilməsi qeyri-mümkündür. Paşinyan MTX-nin gənc rəhbərinin üstünə bağırıb və onu kişi olmamaqda ittiham edib. Bundan sonra Ermənistan MTX rəhbəri Arqişti Kərəmyanın vəzifəsindən azad edilməsi barədə fərman verilib...”