Bu gün:


3 ölkə Rusiya təcavüzünün qurbanı olub

Tarix: 10.02.2021 / 10:14  •   Oxundu: 90 dəfə  •  

Yaxın vaxtlarda Gürcüstan, Ukrayna və Moldova GUM adı altında hərbi-siyasi ittifaq yaradacaq.
Bu barədə Ukraynanın Siyasi Təhlil və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik məlumat yayıb.

“GUM ölkələri yaxın gələcəkdə NATO və AB-yə üzv ola bilməyəcəklər, ancaq Avropa bazarlarına inteqrasiya gedəcək və Şimali Atlantika Alyansının hərbi-texniki dəstəyindən istifadə edəcəklər”, - Bortnik bildirib.

Onun sözlərinə görə, bu ittifaq antirusiya istiqamətli olacaq:
“Bu da məntiqlidir. Çünki hər 3 ölkə Rusiya təcavüzünün qurbanı olub və onların əraziləri Moskvanın işğalı altındadır. İttifaq ABŞ-ın maliyyə və hərbi-texnoloji dəstəyinə ümid edə bilər. Yəqin ki, bu fikir Vaşinqton tərəfindən aktiv dəstəklənir”.