Dənizçilərimiz Qazaxıstan gəmisinə yardım etdi
Tarix: 10.02.2021 / 18:46 •
Oxundu: 132 dəfə •
Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) dənizçilərinin köməkliyi ilə sahilə gətirilib.
ASCO-dan verilən məlumata görə, 8 fevral 2021-ci il tarixində Xəzər dənizində Qazaxıstanın "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub.
“Hadisə ilə bağlı “Turkestan”nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib. ASCO-ya məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək çağırışa reaksiya verib. Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.
Bundan sonra "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.
“Turkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib", - məlumatda deyilir.