İrəvandan Ankaraya kodlu mesaj, yalvarış
Tarix: 12.02.2021 / 10:50 •
Oxundu: 226 dəfə •
Region mühüm dəyişikliklər astanasına gəlib; məğlub Ermənistanda isə qurtuluş əvəzinə, hələ də “günah keçisi” axtarılır, ən böyük suçlu erməni xalqının özü ola-ola...
44 günlük kapitulyasiyadan sonra Ermənistan üçün çıxış yolu, böhrandan qurtuluş axtarmaq əvəzinə, günahkar axtarışı davam edir. Müşahidə edilən həmçinin budur ki, hər qəlibdən olan radikal-revanşistlər, daşnak-terrorçular erməni xalqına yeganə doğru seçimi etməyə imkan vermirlər.
“Bulanıq suda balıq tutmaq” istəyən, yəni öz xalqının faciələrindən hakimiyyət maraqları üçün istifadə etməyə çalışanlardan biri və birincisi isə sabiq prezident Robert Köçəryandır. Ancaq əksər siyasi təhlilçilər onun revanş götürmək şanslarını sıfırın altında qiymətləndirirlər. Ona görə ki, erməni toplumun böyük bir qismi mövcud kritik duruma görə onu da günahkar bilir. Həm də haqlı olaraq.
“Köçəryan bu gün yeri yalnız tarixin zibilliyi olan, Kreml tərəfindən rədd edilmiş bir gədadır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov deyib.
Kuznetsov hesab edir ki, bu gün bu Xocalı hərbi canisinin nə öz xalqına və Ermənistanın coğrafi əhatəsinə, nə də dünya birliyinə təklif edəcəyi bir şey yoxdur. “Onun Ermənistanı müharibədən sonrakı xaosdan çıxarmaq üçün sistemli bir siyasi və iqtisadi modeli yoxdur. Böyük siyasətə qayıtdığını elan etməsi ilə o, açıq-aşkar nasist mahiyyətli Qarabağ klanının çürümüş leşinə bir paya batırdı, bütün ortaqlarını təslim etdi, onları qaçılmaz potensial siyasi repressiyaya məruz qoydu”, - deyə analitik qeyd edib.
“Ermənistanda siyasi böhran davam edir, lakin erməni xalqı ölkəni səmərəsiz şəkildə idarə etmiş şəxslərin geri qayıdışını da istəməyəcək”. Bunu isə digər rusiyalı hərbi ekspert, İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.
“İndi bu ölkədəki vəziyyət Puşkinin məşhur nağılını xatırladır: Ermənistan çoxu istəyirdi, amma azdan da məhrum oldu. İrəvan 10 noyabrda imzalanan razılaşmanı tam şəkildə həyata keçirməlidir”, - Korotçenko deyib.
Onun sözlərinə görə, Azərbaycanla daha güc dilində danışmaq mümkün deyil. “Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir”, - o vurğulayıb.
Aydındır ki, erməni cəmiyyətinin müəyyən hissəsində Köçəryan kimi avantürist siyasətbazlara rəğbət qaldıqca, toplum “çürümüş leş iyi verən” Qarabağ klanından birdəfəlik üzülüşməyincə, Ermənistanın fəlakətləri və sarsıntıları davam edəcək. Erməni xalqının səmimi etiraflar eləməsi çətin olacaq. Yenə “günah keçiləri” axtarılacaq - əsas günahlar toplumun özü ola-ola.
“Ermənilər heç vaxt bu qədər sınmış, psixoloji sarsıntı keçirmiş, məyus vəziyyətdə olmamışdılar”.
Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Artak Zakaryan deyib (Virtualaz.org). Zakaryana görə, ermənilər son bir ildə gördükləri güclü psixoloji zərbə ilə son yüz ildə rastlaşmamışdılar: “İnsanlar öz gələcəklərini qeyri-müəyyən görürlər. Səbəblər əlbəttə ki, hər kəsə yaxşı məlumdur. Birincisi, müharibənin ağrılı nəticələri yaranıb. O müharibə ki, günahkarları hələ də hökumətin himayəsi altında gizlədilir. Hökumət ermənilərin əlindən qələbə ruhunu, Ermənistanın təhlükəsizliyini aldı, yaşamaq və inkişaf etmək üçün mümkün perspektivləri alt-üst etdi. Bu iki real fakt insanların məyusluğuna gətirib çıxardı: kapitulyasiya ilə nəticələnən müharibə və 2018-ci ildən bəri Nikolla əlaqəli boş ümidlər. Ayıq olmalı, özümüzə gəlməli və məyusluqla bağlı ruhi hallara müqavimət göstərməliyik. Qalxmaq, irəliləmək, daha da güclənmək üçün istifadə olunmamış potensialımız var. Bizi daim aldadan informasiyalara boyun əyməyə haqqımız yoxdur”.
Zakaryan daha sonra vurğulayıb ki, yaxın gələcəkdə bölgə ilə bağlı böyük dəyişikliklər ola bilər: “Bu dəyişikliklər həm də ölkəmizin həyati maraqları ilə əlaqəli olacaq. Onlardan istifadə etməyə, dövlətimizin maraqları naminə xidmət göstərməyə hazır olmalıyıq. Yenidən toparlanmalı, bu dağıdıcı ruh halından çıxmalı, tarixin təkərlərini döndərməli və yalnız istədiyimiz gələcəyə baxmalıyıq. Bir şey aydındır ki, Nikol və komandası bu gün ölkəmizin irəliləməsinə səbəb olan təkərlərə ilişən çubuq kimidir”.
Göründüyü kimi, yenə “günahkar axtarışı” məsələsi. Halbuki qonşu xalqın dirçəlişinin, fiziki və ruhi böhrandan çıxışının resepti bəlli. Və bu resept hakimiyyət sükanı arxasında hansı “yan”ın durmasından əsla asılı deyil. Velosipedi təzədən kəşf eləməyə nə lüzum? Çıxış yolu, qurtuluş qonşularla, Türkiyə və Azərbaycanla təcili dil tapmaqdır. Deyəsən bu yöndə tədricən də olsa, ictimai-siyasi dərk başlayıb. Hər halda, İrəvandan Ankaraya ehtiyatlı şəkildə də olsa, bəzi mesajlar verilməkdədir.
Məsələn, Ermənistanın XİN rəhbəri Ara Ayvazyan srağagün müharibən sonra ilk dəfə XİN adından maraqlı bir açıqlama verib. Məğlub ölkənin baş diplomatı deyib: “İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı. Artıq status-kvo hərbi yolla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb. Türkiyə beynəlxalq təzyiq altında yavaş-yavaş bu prosesə start verməlidir. Hələ ki bu istiqamətdə hər hansı bir prosesin getdiyi müşahidə olunmur”.
Rəsmi İrəvanın Ankaraya bu kodlu, yalvarış tonlu, bir qədər də ikibaşlı mesajı müəyyən mənada blokadanın, çıxılmazlığın və böhranın diktəsindən doğan etiraf və yeni reallığın qəbulu kimi də dəyərləndirilə bilər. Hərçənd bölgədə yolların və sərhədlərin açılması məsələsi 10 noyabr üçtərəfli sənədində aydın göstərilib. Düzdür, orada Türkiyənin adı çəkilmir. Amma Türkiyə Günəş kimidir, üzərini “bulud” örtsə də, hamı bilir ki, o var, o cümlədən Güney Qafqazda.
Qardaş məmləkətin sərhədlərlə bağlı tək şərti isə çoxdan bəlli. Yəni sərhədlər yalnız açılmaq xətrinə açıla bilməz. Ermənistan, nəhayət, özünü öz çəkisinə uyğun və XXI əsrin normal, sivil dövləti kimi aparmağa başlayacaqmı? Mesajdan qat-qat önəmli olan məhz bu sualın cavabıdır...