Türkiyə Ordusu şəhidlərin qisasını aldı
Tarix: 12.02.2021 / 12:41 •
Oxundu: 141 dəfə •
İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatında 33 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid hərbi sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hərəkatı ilə məhv edilib. 40-dan çox təyyarənin iştirak etdiyi əməliyyatda PUA və zərbə PUA-ları ilə yanaşı, tanker və kəşfiyyat təyyarələrinə tapşırıq verilib.
Əməliyyata 40-dan çox təyyarə, o cümlədən PUA və zərbə PUA-ları cəlb edilib. Bundan başqa, kəşfiyyat təyyarələri vasitəsilə terrorçuların gizləndiyi yer müəyyənləşdirilib. Böyük ölçüdə yerli və milli silah-sursatdan istifadə edilən hava hərəkatında hədəflər dəqiqliklə vurulub, bununla da terror təşkilatının bölgədəki varlığına böyük zərbə endirilib. Hava hərəkatından sonra isə bölgəyə helikopter vasitəsilə quru qoşunlar yeridilib. İlk qarşıdurmada şəhid olan qəhrəman əməkdaşlarımızın qanı yerdə qalmayıb”, - məlumatda qeyd olunub.