“Məmurların yığdıqları pulu xərcləmək üçün adama 500-600 il ömür lazımdır...”
Tarix: 13.02.2021 / 11:46 •
Oxundu: 272 dəfə •
“Hər kəs öz işini ləyaqətlə görür. Vətən sevənlər, vətəni sevmək ləyaqəti ilə, vətəni yeyənlər isə, vətəni yemək iştahıyla”
Bunu şair Qulu Ağsəs deyib. Q.Ağsəs məmurların yığdıqları pulları xərcləmək üçün insan ömrünün yetərli olmadığını bildirib:
“Ölkədə bir qisminin başı yeməyə, digər qisminin isə başı vətəni sevməyə qarışıb. Hər kəsin öz işi var. Hər kəs öz işini ləyaqətlə görür. Vətən sevənlər, vətəni sevmək ləyaqəti ilə, vətəni yeyənlər isə, vətəni yemək iştahıyla. Yəni onlar da öz işlərini pis görmürlər. Adamın üstündə Allah var, yaxşı yeyirlər. Amma mənim üçün o maraqlıdır ki, məmurların yığdıqları pulu xərcləmək üçün adama 500-600 il ömür lazımdır. Bir sözlə, insana korrupsioner ömrü lazımdır. İnsan əgər fikirləşsə ki, adama yaxınları 100 il ömür arzulayır onda bəlkə də belə etməz. Çünki adama 101 il yaşa deyən yoxdur. Bu qədər var-dövlət, sərvət nədən ötrüdür ki? Çox dəhşətli vəziyyətdir. Biz əslində indikindən neçə dəfə yaxşı yaşamalıydıq.
Bizim vətəndaşların sosial müavinətləri, orta əmək haqları və digər gəlirləri həddən artıq yüksək olmalı idi. Amma ölkəni talayan məmurların korrupsioner əməlləri sayəsində bu günlərə qalmışıq”.