Bu gün:


Çavuşoğludan Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım

Tarix: 13.02.2021 / 15:02  •   Oxundu: 109 dəfə  •  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar paylaşım edib.
Bu barədə XİN rəhbəri sosial şəbəkədəki səhifəsində məlumat yayıb:
"Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadənin vəfatının 12-ci ildönümünü hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək".