NAZİM İDEAL: 8 aylıq hamilə Xatun və Xalqın taleyi ...!!!???
Tarix: 16.02.2021 / 14:43 •
Oxundu: 340 dəfə •
Bu gecə saat 11-12 radələrində yaşadığım evə 700(yeddi yüz) nəfərdən artıq mülki geyimli,Silahlı şəxslər basqın etdilər.
Qanunlardan özləri kimi istifadə edən absesli orqanların ənənəvi harınlıqları, Mənə münasibətdə iz buraxmaması üçün,bir gündə iki dəfə, sonuncu axşam saat 20:00-da sifarişçinin zövqünə uyğun fors-major Nəsimi rayon məhkəməsində təşkil edilən məzhəkə şousunu tanımamaqdan dolayı,çağırışı rədd etdim və rejimin bespredelliyindən istifadə edib, bu 06 müddətində yaxın adamları ziyarət etdim.
Sonuncu müsafir olduğum ev Masazır kəndində Qaçaq Nəbi küçəsində yaşayan bir Türk ailəsi oldu.
Bizneslə bağlı bəy Türkiyədə olsada 8 aylıq hamilə Xanımı və 12 yaşlı qızı evdə idi.
Axşam saat 11 radələrində,damdakı göyərçinlərin səsi olduğunu zənn edib, pencərələrə baxarkən qara geyimli silahlı adamları görüb dərhal əsas qapını açdım və Özümü təqdim edib,onlardan da siyasi kimlikləri barədə soruşarkən,özlərini tanımadıqları davranış sərgiləyib,maşına mindik.
Ərazidə 700 nəfərdən artıq silahlı şəxs var idi.Yollar,əsas magistral boşaldılmışdı.
Aktda 150 nəfərin olduğu qeyd edilsədə.
Silahlı birləşmənin üzvüləri Daxili İşlər Nazirliyi Baş Çinayət axtarış idarəsinin,Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə baş idarəsinin,Abşeron Polis idarəsinin əməkdaşları olduğu bəlli oldu və onlar Məni MCQMBİ-nə gətirdilər.
Lakin,Məhkəmə qərarına əsasən,1 saylı istintaq təcridxanasına yatab olunmalı idim...
Məndən sonra,Sifarişçinin zövqünə uyğun hərəkətə keçən absesli orqanlar 08 aylıq hamilə Qadın qarşısında ŞƏRT qoyurlar:
1.Ya Nazim Quliyevi biz dediyimiz kimi şərləyəssən və onun Narkotik vasitələrdən istifadə etdiyi barədə izahat yazassan;
2.Yadaki, evindən narkotika çıxdığını sənədləşdirib Sənidə həbsxanaya göndərəcəyik....!
Selcan Xatun:Mən Türkəm, Türkün adından namus alverçiliyilə məşğul olan şər deyiləm.Kişiliyiniz çatırsa,bu qədər qoşununuzu Qarabağa yeridin,Torpaqlarınızı geri alın.Məni, hamilə Xanımı zindanla,ölümlə hədələməyin.....!
08 aylıq hamilə Xanım məcburən Polisə aparılır və şiddətə məruz qalaraq, uşağını itirir....!
Cinayətkar birliklərin Mənə qurduqları Məzhəkədə iştirak etmək üçün Selcan Xatun vəsatətlə müraciət etsədə nəinki təmin edilmədi və ümumiyyətlə məhkəmə zalına buraxılmadı .
Məzhəkə prosesinə sədrlik edən kəlpəlioğlu azərə bununla bağlı protest edərkən O: " Mənlik deyil,Sizin prosesin qapalı keçirilməsinə prezident aparatından göstəriş verilib."cavabını verdi.
Şahidsiz-sübutsuz,narkoloji ekspertin obyektiv qərarına baxmayaraq, kəlpəlioğlu 234.1 maddəsi üzrə 2 il cəza verməkdə heç bir kompleks yaşamadı...
COVID-19-la bağlı avtoqəzada dünyasını dəyişən şəxsi, korono virusundan öldüyü statistikaya salındığı kimi, həbsxanalarda günahsız yerə cəza çəkən yüzlərlə İnsan "dövlət maraqları naminə" 234-cü maddənin episentir qayğısından kənarda qalmamışdır.
Bu gün ermənizm dövlətin bazisini möhkəmləndirib,Vətəndaşın qüruruna hesablanmış mütərəqqi-qürurlu-bütövlük tarixinə imza atarkən,
Azərbaycanda hökumət-vətəndaş,Polis-Vətəndaş...,qarşıdurmaları zibilxana,dovşan səviyyəsində ataloqsuz inkişafın tarixini yazmaqdadır.
Ermənizm Türkün soyunu kəsməyin alternativləri barədə kreativ üsullarını tətbiq edirkən,
Azərbaycandada Haqqın-Ədalətin-Ləyaqətin-Vicdanın-Doğru Sözün şah damarlarını kəsib,Taleyüklü məsələlərdə belə Xalqın yönətimi 5-6 ədəd vələdzinanın və yaxudda bir şabaşa təlxək qiyafəsini alan bir dəstə "seçilmiş"mütrüfin ağzında performans etdirilməkdədir.....!!!
8 Aylıq hamilə Xanımın Prezident Cənab İlham Əliyevə ünvanladığı müraciəti olduğu kimi diqqətinizə çatdırıram:
"Çox utanır, xəcalət hissi keçirirəm".
Bu gecə saat 11-12 radələrində yaşadığım evə 700(yeddi yüz) nəfərdən artıq mülki geyimli,Silahlı şəxslər basqın etdilər.
Onlar Azərbaycanın suverenliyi,ərazi bütövlüyü,təhlükəsizliyi uğrunda həyatını 4(dörd)il təhlükədə,döyüş səngərində fəda etmiş,7(yeddi) Şəhid Ailəsinin,Birinci qrup səngər yoldaşının rəsmi qəyyumçusu,Azərbaycanda ilk müstəqil,Bütün sferadan olan imkansız,Şəhid-Qazi-Veteran Ailələrinin təmənnasız Xidmətçisi, İDEAL PRESS KLUBUN Prezidenti,Qürurlu-Bütöv Azərbaycan Naminə Kəfənə sarılıb,Haqqın və Haqlının Sözçüsü Nazim Telman oğlu Quliyevi həbs etmək üçün silaha sarılmışlar....
Silahlı birləşmələr bu gecə eyni zamanda hökumətin,hüquq-mühafizə orqanlarının əsl mahiyyətini,Dövlətə-Xalqa "xidmət" fəlsəfəsini Mənə-8 aylıq hamilə Xatuna, azyaşlı qızcığazın məsum gözləri qarşısında nümayiş etdirdi...
Bu qədərini nə fantastik faşizm təbliğ edən qorxunc filmlərdə,nədə ki,diktatura rejimlərində görməmişik.
Nazim Quliyevi Biz Türklər yaxşı tanıyırıq.
Vətənə-Dövlətə-İnsanlığa Onda olan Sevginin,Sayğının 5 faizi ətrafınızdakı barəsində imic-reputasiya formalaşdıran quldurlarda,reketlərdə,yalançı və talançılarda olsaydı, Sözün tam mənasında İRİ-DİRİ-QÜRURLU Böyük Millətə çevrilmişdik!
Nazim Quliyev barəsində bir gündə 2 dəfə,sabaha təxirə salınmış məhkəməni axşam saat 20-21-ə salmaq hansı zərurətdən irəli gəlirdi?və kimlərin xəyanətini de-şifre edirdi?
Günahı Nə idi?
Əxlaqında,soyunda,yaşamında çox ciddi problemlər olan birilərinin əxlaqdan,dəyərlərdən,Türkçülükdən bəhs etdirilməsi hansı düşüncənin məhsuludur???
Nazim Quliyev barəsində dezinformasiyalar yazan kimlərdir?
Fərarilər, doğmalarının,iş yoldaşlarının yatağına çənəsini uzatmış alçaqlar,dünyasını,ləyaqət hissini itirmiş kəmfürsətçilər...
Bilinsin ki, Nazim Quliyevi uzun illərdir ki,tanıyırıq və bu Onun hər hansı bir mənfi hərəkətini görməmişik.
Onu İdeal İnsan olaraq,Əzizlərimizə nümunə göstərmişik.
Mənim Soy-Kökümdə işverən,üzəduran,şərlə-böhtanla yüklü edilmiş kimsəni tanımıram.
Lakin, evimə basqın etmiş silahlı birləşmələr Məni Ölümlə,uzunmüddətli yaramaz-ləyaqətsiz ittihamlarla şərləyib həbsə göndərəcəkləri ilə təhdid edən Hacı Məmmədovun sələfləri üçün Nazim Quliyevi Şərləmək niyə bu qədər əhəmiyyət kəsb edir ki???
Nazim Quliyevin Qələmi bu qədər Əhəmiyyətli və Böyüklüyünü dərk edib qorxanlar niyə? özlərinə yaraşan işlərlə məşğul olmurlar?
Siqaret çəkməyən,Spirtli içki qəbul etməyən,Sağlam və mükəmməl həyat yaşayan,idmançıya NARKOTİKA ləkəsi atmaq hansı vicdansızın məhsuludur???
Ölkəmiz də hüquq-qanun bu qədərmi yesir-dilənçi vəziyyətdədir???
Qarabağ Qazisinə,Dəyərli İnsana qarşı bu qədər nifrətlə yüklənib,Hökumət adından hücum çəkmək acizlik deyilmi?
Mən bətnimdəki 8 aylıq körpəmi itirdim.Lakin,şərəfimi,ləyaqətimi itirmərəm!
Nazim Quliyevə şər-böhtan atan nanəciblərlə bir cərgədə olmaqdansa, Ölməyə də razıyam.
Nazim Quliyevlə bağlı "hüquq-mühafizə orqanlarının" revanş xarakterli təhdidlərinin qurbanlarından biri olaraq,əvvəlcədən deyə bilərəm ki,burada bir böyük cinayət var:
Nazim Quliyevə qarşı törədilmiş CİNAYƏT.
Azərbaycan Respublikası Konstitusiyasının 8-12-ci maddəsini rəhbər tutaraq,Nazim Quliyevə qarşı hökumət adından törədilməkdə davam edən sərhədsiz Cinayəti durdurmağınızı və Mənim istintaq,məhkəmə instansiyasında təhdidsiz ifadə vermək haqqımın tanınması Naminə prosesləri Şəxsi nəzarətinizdə saxlamağı Xahiş edirəm .
İdeal qəzet.
25 aprel 2009-cu il