Bu gün:


Bakıda yanğın

Tarix: 18.02.2021 / 11:21  •   Oxundu: 89 dəfə  •  

Bakının Nərimanov rayonu yaxınlığında yaşayış binasında yanğın baş verib.

İdealmedia.az bildirilir ki, yanğın Əlövsət Əbdülrəhimov küçəsində yerləşən yaşayış binasında, mənzillərin birində qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində 6 kv. metr ərazi yanıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.