Ərdoğanın 67 yaşına...
Tarix: 26.02.2021 / 12:00 •
Oxundu: 83 dəfə •
26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb.
Bu gün Azərbaycanın işğaldan azad edilən bölgələri də daxil, yurdumuzun bütün guşələrində - mənzil, bina, maşın, küçələrdə Azərbaycan və Türkiyə bayraqlarının, Azərbaycan və Türkiyə prezidentlərinin yanaşı dayanan fotoları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Ərdoğana Azərbaycan sevgisinin təcəssümüdür, dövlətlərimizin birlik, bərabərlik rəmzidir. Əsl dostluq, qardaşlıq çətin günlərdə sınanar; başda Ərdoğan olmaqla, Türkiyənin Hökumət yetkililərinin Azərbaycana ötən ilin son üç aydakı səfərləri, ən mötəbər tribunalarda verdikləri qətiyyətli mesajları, haqqın, ədalətin bərpasına mənəvi, diplomatik, informasiya dəstəyi qələbəmizin əldə edilməsində mühüm amillərdən birinə çevrildi.
Türkiyədə hərbi təhsil və türk hərbçilərindən təlim alan əsgər və zabitlərimizin döyüşlərin önündə getməsi, şücaəti, hərbi-vətənpərvərlik ruhu, fiziki hazırlığı, nizam-intizamı ilə örnək olması da xüsusi qeyd edilməlidir.