Bu gün:


"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar"...

Tarix: 01.03.2021 / 13:24  •   Oxundu: 96 dəfə  •  

Vətən müharibəmizin qəhrəman oğullarından biri də Masallı rayon Təklə kənd sakini Tərlan Abbasovdur. Dörd ildir ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən qazimiz Vətən müharibəsində ağır yaralanıb. 

“1988-ci ildə Masallı rayon Təklə kəndində anadan olmuşam. Ailəliyəm, iki övladım var. Sentyabrın 27-də döyüş başladı və biz Füzuliyə girdik. Mən sürücü-mxanikəm. Laçına qədər döyüşə-döyüşə getdik. Oktyabrın 9-da tankımız vuruldu və ağır yaralandım.  Üç hərbçi yoldaşımla birlikdə yanan tankdan çıxdıq. Əllərim, başım, üzüm və gözlərim yanmışdı. Gözlərimdə çoxlu qəlpələr var idi. Həkimlər əməliyyat edib həmin qəlpələrin çoxunu çıxardılar. Bakıda hospitalda bir həftə gözlərim görmədi və sonra açıldı. Amma indi sol gözüm görmür, bir qulağım isə zəif eşidir”.