Bu gün:


DİN-dən bayrağımızı istəyən türk uşağa jest

Tarix: 02.03.2021 / 12:24  •   Oxundu: 112 dəfə  •  

Daxili İşlər Nazirliyi Antalyada yaşayan uşağa Dövlət bayrağımızı hədiyyə edib.
Nazirliyin sosial şəbəkə hesabında paylaşılan görüntülərdə qeyd edilib ki, balaca İgid (Yiğit) Azərbaycanı çox sevdiyini və üçrəngli bayraq istədiyini bildirib.

Nazirlik isə öz növbəsində bununla bağlı Daxili İşlər Nazirliyinin İnstaqram hesabına yazan İgidin atasının müraciətinə müsbət cavab verib.
DİN əməkdaşları İgidi Antalyada ziyarət edib və bayrağımızı ona təqdim edib.