Erməni əsgərlərdən birinin atası Köçəryanın üzünə tüpürdü...
Tarix: 02.03.2021 / 13:55 •
Oxundu: 155 dəfə •
Ermənistanın bütün dövlət sistemi, o cümlədən parlamentin “Mənim addımım” fraksiyasından deputatı Andranik Köçəryan və Hərbi Polis İdarəsinin rəisi Aşot Zakaryan Paşinyanın mitinq və yürüşlərində çox erməni sayını təmin etməklə məşğuldur.
Bu haqda “Dejavu” teleqram-kanalı özəl mənbəyinə istinadla informasiya yayıb.
Mənbənin verdiyi məlumata görə, Köçəryan və Zakaryan kimilər bütün gün boyu son 44 günlük savaşda əsir və itkin düşən işğalçı hərbçilərin yaxınları ilə görüşlər keçirirlər. Onlar valideynlərə bir şərt qoyurlar: “Kim Nikolun mitinqinə 200 nəfər gətirə bilərsə, övladlarının ilk olaraq siyahıya daxil ediləcəyinə və önümüzdəki günlərdə geri dönmələrini təşkil edəcəyimizə söz veririk”.
Xüsusilə, Andranik Köçəryan öz balalarının canına and içərək deyilən şərt yerinə yetiriləcəyi halda martın 3-də əsirlərin Azərbaycandan təyyarə ilə qaytarılacağını söyləyib.
"ArmVoice" teleqram-kanalının verdiyi məlumata görə, valideynlərdən biri qəzəblənərək Köçəryana "Sən bir vaxtlar uşağımı türklərə satdın, indi də mənə satırsan?!" deyib və onun üzünə tüpürərək yığıncağı tərk edib.