Bu gün:


Xarici diplomat Zəngilanda namaz qıldı

Tarix: 06.03.2021 / 14:47  •   Oxundu: 93 dəfə  •  

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.
Diplomat Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb.

O daha sonra qeyd edib:
"Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik".
Qeyd edək ki, Əşrəf Adəm xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub.