Bu gün:


Türkiyə ilə Misir rasında münasibətlər normallaşır.

Tarix: 09.03.2021 / 12:59  •   Oxundu: 133 dəfə  •  

Qahirə Türkiyənin su sərhədlərindəki hüquqlarını nəzərə alaraq, Yunanıstanla razılaşmadan imtina edəndən sonra iki ölkə arasında münasibətlərin bərpası üçün əlverişli şərait yaradıb. Türkiyə mediasının məlumatına görə, prezident Əbdül Fəttah əs-Sisi münasibətlərin normallaşması üçün daha bir göstəriş verib. O, ölkə mətbuatında Türkiyə əleyhinə yazıların dayandırılmasını tələb edib.

Qeyd edək ki, 2013-ci ildə Əbdül Fəttah əs-Sisi hərbi çevrilişlə hakimiyyətə gələndən sonra Türkiyə Misirlə əlaqələri dayandırmışdı. Misirin Türkiyənin maraqlarına ziddi olaraq Yunanıstanla su sərhədləri üzrə müqavilə imzalaması iki ölkə arasında münasibətləri daha da gərginləşdirmişdi.