Bu gün:


Xocalı qatili hospitala yerləşdirildi

Tarix: 09.03.2021 / 14:37  •   Oxundu: 140 dəfə  •  

İrəvanda Ermənistanın Xocalı soyqırımında iştirakıyla fəxr edən terrorçu eks-prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə məhkəmə iclası digər Xocalı qatili, sabiq müdafiə naziri Seyran Ohanyanın vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb
 
Bu haqda qəsbkar ölkənin News.am saytı məlumat yayıb.
 
S.Ohanyanın vəkili Karen Mejumyanın dediyinə görə, hazırda  müvəkkili 7 martda  yerləşdirildiyi hospitaldadır. Vəkil keçmiş müdafiə nazirinin xəstəxanadan çıxmağının nə vaxta planlaşdırıldığını dəqiqləşdirmək üçün beş dəqiqəlik fasilə istəyib. Seyran Ohanyanla danışdıqdan sonra vəkil məhkəməyə hazırda dəqiq məlumat olmadığını, lakin Ohanyan xəstəxanadan çıxan kimi məlumat veriləcəyini söyləyib. Vəkil növbəti iclasda müvəkkilinin xəstəxanaya yerləşdirmə səbəbləri ilə bağlı tibbi sənədləri də təqdim edəcəyinə söz verib.
 
R.Köçəryan və digərləinin işi üzrə növbəti məhkəmə iclasının 16 mart saat 13: 00-da baş tutacağı bildirilib.