Bu gün:


Türkiyə sərhədində böyük gərginlik yaşanır

Tarix: 10.03.2021 / 12:20  •   Oxundu: 131 dəfə  •  

Səudiyyə Ərəbistanı hökuməti 6 ədəd döyüş təyyarəsini Yunanıstanın Krit adasındakı “Souda” hərbi bazasına gönədərəciyini bəyan edib.
Təyyarələr təlimlərə cəlb ediləcək. Yunanıstan mediasının məlumatına görə, krallığın qırıcılarını Türkiyə sərhədinə göndərməsi güc nümayişidir.

Qeyd edək ki, 4 gün sonra Egey və Aralıq dənizinin şərqində Türkiyə əleyhinə olan bir neçə ölkənin iştirakı ilə təlimlər keçiriləcək. Türk hərbi gəmilərinin və qırıcılarının bölgədə olması gərginliyi artırıb.