Lənkəranda Qarabağ qazisi bıçaqlandı
Tarix: 13.03.2021 / 11:17 •
Oxundu: 117 dəfə •
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Əzimov Vətən Müharibəsi qazisidir.