Bu gün:


Bakıda keçiddə gecələyən qadınla bağlı açıqlama

Tarix: 15.03.2021 / 09:04  •   Oxundu: 125 dəfə  •  

Bakıda keçiddə gecələyən qadın nəzarətə götürülüb.
 
Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov öz feysbuk hesabında paylaşım edib.
 
“Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı əldə etdiyimiz andan etibarən Agentliyin nümayəndələri qadının qaldığı əraziyə yollandılar.
 
Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Agentliyin əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi.
 
Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq”, - deyə qurum rəsmisi bildirib.