Bu gün:


Türkiyənin yeni nəsil döyüş təyyarəsinin qiyməti 100 milyon dollar olacaq

Tarix: 15.03.2021 / 20:01  •   Oxundu: 215 dəfə  •  

Türkiyənin beşinci nəsil döyüş təyyarəsi layihəsi olan MMU (Milli Muharip Uçak) çərçivəsində hər ay iki təyyarə istehsal ediləcək.
 
Bu barədə layihəyə rəhbərlik edən TUSAŞ şirkətinin Baş direktoru Temel Kotil “Habertürk” kanalına müsahibəsində deyib.
 
O qeyd edib ki, təyyarələrdən birinin qiyməti 100 milyon dollar olacaq.
 
İndiyə qədər 600 milyon dollar dəstək aldıqlarını söyləyən Kotil layihədə 1000-dən artıq mühəndisin işlədiyini vurğulayıb: “100 ingilis mühəndis var. Britaniyadan da bizə dəstək verən şirkətlər var”.