Bu gün:


İranda İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb...

Tarix: 17.03.2021 / 09:58  •   Oxundu: 119 dəfə  •  

İranda İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb, 900 nəfər isə yaralanıb.
 
Bunu ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pishüseyn Kulivənd bildirib.
 
Onun sözlərinə görə, yaralananların 72-si əl-ayağını itirib, 234-nün bədəni yanıb, 300-ü isə gözlərindən xəsarət alıblar.
 
Xatırladaq ki, 2020-ci ildə İranda İlaxır Çərşənbə tədbirlərində 3 nəfər ölmüş, 1 403 nəfər yaralanmışdı.