Bu gün:


Türkiyənin bu addımı NATO üçün kabus olar

Tarix: 18.03.2021 / 10:06  •   Oxundu: 117 dəfə  •  

Rusiyanın Su-57 qırıcısının Türkiyənin silahlanmasında olması NATO üçün kabusdur.

Bu barədə ABŞ-ın “19FortyFive” portalında yayımlanan məqalədə bildirilib.

Qeyd olunub ki, Türkiyənin aldığı S-400 raket komplekslərinə görə ABŞ-ın F-35 təyyarələrini verməkdən imtina etməsi Ankaranın rus qırıcılarına marağını artırıb.

Məqalə müəllifi Ankaranın, həmçinin “Turkish Fighter X” (TF-X) qırıcısı üzərində işlədiyini də xatırladıb. Bildirilib ki, bu layihənin reallaşması üçün MiQ-29 və MiQ-35 qırıcılarına quraşdırılan Rusiyanın R-33 mühərriki lazımdır.