Bu gün:


Rusiyada yaşayış binasında partlayış olub

Tarix: 19.03.2021 / 15:06  •   Oxundu: 114 dəfə  •  

Rusiyanın Moskva vilayətinin Ximka şəhərində çoxmənzilli 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, biri uşaq olmaqla 3 nəfər yaralanıb.
 
Məlumata görə, hadisə yerinə operativ əməliyyat xidməti göndərilib.Dağıntıların altında 12 yaşlı oğlan sağ xilas edilib. Partlayışdan sonra baş verən yanğın söndürülüb.
 
Hadisənin təbii qaz sızmasından baş verdiyi bildirilib.