Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
Tarix: 19.03.2021 / 19:18 •
Oxundu: 126 dəfə •
Mart ayının 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti döyüş fəaliyyətinə başlayıb.
Bu barədə Sərhəd Xidmətindən məlumat verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, o cümlədən Ermənistan Respublikası ilə dövlət sərhədinin azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddət ərzində artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilmiş dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.