Bu gün:


Bakıda rəqqasənin pulunu vermədilər - Polisə şikayət etdi

Tarix: 20.03.2021 / 10:49  •   Oxundu: 104 dəfə  •  

Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.

Şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.
 
Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.
 
S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.
 
Müraciətlə bağlı araşdırma aparılır