Bu gün:


Türkiyə ordusu cavab zərbələri endirdi

Tarix: 21.03.2021 / 13:10  •   Oxundu: 93 dəfə  •  

Suriyanın qərbindən Türkiyənin Kilis vilayətinə raketlərin atılmasından sonra ölkənin Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı) terrorçularının mövqelərinə cavab zərbəsi endirib.
 
Zərbələr nəticədə 20-dən çox hədəf məhv edilib, xeyli sayda terrorçu öldürülüb. Cavab zərbəsi zamanı yalnız atəş nöqtələrinə deyil, həm də Tel-Rıfatda terrorçuların nəzarəti altında olan hədəflərə zərbələr endirilib. Qeyd edək ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb.

YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən əhaliyə ciddi ziyan dəyməyib.