Bu gün:


Boksçularımız 7 medalla qayıdır

Tarix: 21.03.2021 / 17:47  •   Oxundu: 104 dəfə  •  

Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Boğaziçi turniri təşkil edilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, boksçularımız turnirdən əvvəl qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.