Bu gün:


Təbrizdə bayrağımız...

Tarix: 22.03.2021 / 10:37  •   Oxundu: 81 dəfə  •  

Təbrizin məşhur Şahgölü parkında Azərbaycan bayrağı rənglərinə boyanmış qayıq çaxnaşmaya səbəb olub.

Təbriz Prokurorluğunun göstərişi ilə parka çox sayda polis qüvvəsi cəlb edilib.
Hadisə martın 20-də günorta saatlarında olub.

İçi güllərlə bəzədilmiş üçrəngli qayığın fotoları azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

İranın Təbrizdəki regional icra strukturları və prokurorluğunun göstərişi ilə qayığın boyası sökülüb. Park işçilərindən bir neçəsi məsələ ilə bağlı dindirilib.