Bu gün:


ABŞ-da silahlı insident

Tarix: 28.03.2021 / 09:45  •   Oxundu: 92 dəfə  •  

ABŞ-ın Filadelfiya şəhərində silahlı insident olub.

Hadisə şəhərdəki barlardan birində qeydə alınıb.

Atışma mübahisə zəminində baş verib. Hadisə zamanı 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Cinayəti törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.