Bu gün:


Bayden İmran Xanı niyə sammitə dəvət etmədi?

Tarix: 28.03.2021 / 22:28  •   Oxundu: 113 dəfə  •  

Pakistan Baş naziri İmran Xanın iqlim dəyişiklikləri ilə bağlı mübarizədə göstərdiyi səylər dünya birliyi tərəfindən böyük məmnuniyyətlə qarşılanır.

Bu sözləri Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çavdri deyib.

O, ABŞ Prezidenti Co Baydenin İ.Xanı iqlim dəyişikliyi ilə bağlı keçiriləcək sammitə dəvət etməməsini tənqid edib.

“Pakistan sözügedən problemlə bağlı müxtəlif layihələr başladıb və bu layihələr Dünya İqtisadiyyat Forumunun böyük dəstəyini qazanıb”, - XİN rəsmisi bildirib.