Bu gün:


Çin Avropaya çıxış üçün Rusiyanı seçir

Tarix: 29.03.2021 / 09:33  •   Oxundu: 95 dəfə  •  

Çin mallarının Avropaya Asiya və Rusiyadan keçən dəmir yolu vasitəsilə çatdırılması Pekin üçün daha cəlbedici olmağa başlayıb.
Bu məlumatı “Faynənşl Tayms” qəzeti yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-fevral aylarında Çindən Avropaya 2000 yük qatarı göndərilib, bu isə 2020-ci ildəki göstəricidən iki dəfə çoxdur.

Qəzet dəniz yolu ilə daşımalarda qiymətlərin ikiqat bahalaşmasının dəmir yolundan istifadəyə marağı artırdığını bildirib. Bunun sayəsində Çində müştərilərin 30%-i dəniz yolu ilə daşımalardan dəmir yolunun xeyrinə imtina edib.